Lənkəran Peşə liseyində istehsalat təlimləri davam edir. Bu haqda bu gün, 5 noyabr tarixində Lənkəran Peşə liseyinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Liseyin tələbələri təcrübələrini Xalçaçılıq emalatxanasında keçirir. Emalatxanada onlar yeni xalçalar hazırlayıblar.
Həmçinin liseyin əməkdaşlıq etdiyi Lənkəran Mexanikləşdirmə Zavodu və Lənkəran Avtoservis MMC-də təcrübə təlimləri davam etdirilir.
Tələbələr çilingərlik emalatxanasında santexnik, çilingər və elektrik ixtisasında yeni məhsullarla tanış olublar.
