SON XƏBƏRLƏR

Lənkəran Peşə Liseyinin Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi -Tədqiqat İnstitutu ilə əməkdaşlığı çərçivəsində, İnstitutun əməkdaşları liseydə kadr hazırlığına cəlb olunub və tədris müddətində tələbələr Lənkəran Çay Filialına məxsus 3 ha sahədə sitrus bağlarının salınmasında yaxından iştirak ediblər. Bu haqda məlumatı bu gün, 19 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi verib.

Həmçinin, Liseyin Kənd Təsərrüfatı Məhsullarının istehsalı istiqaməti üzrə “Fermer”, “Çay və Sitrus Ustası”, “Bitkiçilik mütəxəssisi” ixtisaslarında təhsil alan tələbələr istehsalat təlimi və təcrübələrini İnstitutun istehsalat təcrübə bazasında həyata keçirirlər. Bundan əlavə, 2022-ci ilin yaz aylarında Liseyin “Geniş profilli traktorçu maşınçı” ixtisasında təhsil alan tələblərinin kənd təsərrüfatı texnikalarında sürüş dərsləri də instituta məxsus sahələrdə aparılacaq.

Qeyd edək ki, Lənkəran Peşə Liseyi və Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq 2019-cü ildə bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi və yüksək nəticə göstərən məzunların Elmi-Tədqiqat İnstitutunun filiallarında işlə təmin olunması nəzərdə tutulub.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər