SON XƏBƏRLƏR

Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin akt zalında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Bu haqda məlumatı bu gün, 28 oktyabr tarixində Lənkəran şəhər Təhsil şöbəsinin rəsmi saytı verib.

Konfransda Lənkəran şəhəri 3 və 8, Liman şəhəri 1 və 2 nömrəli tam orta məktəblərin Azərbaycan dili və ədəbiyyatı müəllimləri “Nizami Gəncəvi yaradıcılıqğında humanizim ideyaları”, “Nizami Gəncəvi yaradıcılığında insan haqları”, “Nizami Gəncəvi irsinin tədrisinin şagirdlərin mənəvi tərbiyəsində rolu”, “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar” mövzusunda çıxışlar ediblər.

Konfransın bədii hissəsində məktəblilərinin ifasında N.Gəncəvinin qəzəlləri və onun şerlərinə bəstələnmiş mahnı və muğamlar ifa olunub.