SON XƏBƏRLƏR

Lənkəran Gənclər Evində “Narkomaniya ilə barışma! region gənclərinin zərərli vərdişlərlə mübariz sahəsində maarifləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilib. Bu haqda məlumatı bu gün, 24 noyabr tarixində Lənkəran şəhər Gənclər və İdman idarəsi verib.

Təlim zamanı iştirakçılara narkomaniya və narkotik vasitələr nədir, narkomaniyanın potensial qurbanları – risk qrupları, narkomaniyanını sosial fəsadları, onunla mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (2021-ci ilin 9 ayı) cari hesabatı, narkotiklərin dövriyyə marşrutları mövzularında məlumatlar verilib, video-roliklər nümayiş etdirilib və iştirakçlarla birgə müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, tədbir “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi tərəfindən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutub.