Lənkəran məktəbliləri Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak ediblər. Bu haqda məlumatı Lənkəran şəhər Təhsil şöbəsi verib.
Forumda üç şagirdimiz Sara Faiq qızı Əlizadə – şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin IX sinif, Elnarə Kamil qızı Həydərli – şəhər 6 nömrəli məktəb-liseyin IX sinif və İzzət Aslan oğlu Rəhmətzadə – şəhər 6 nömrəli məktəb-liseyin X sinif şagirdləri iştirak ediblər.
Hər üç ildən bir keçirilən Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunun əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, onu bütünlüklə uşaqlar aparır. Uşaqlar hökumət nümayəndələrinə öz təkliflərini verir, eyni zamanda fikir mübadiləsi apara bilirlər.
Qeyd edək ki, forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.


