SON XƏBƏRLƏR

18-22 iyul tarixlərində Lənkəranda “İşğaldan azad olunan abidələrimiz” mövzusunda məktəblilərin əl işlərindən ibarət müsabiqə keçirilir.

Qaydalara əsasən, məktəblilər Qarabağın dağıdılmış tarix və mədəniyyət abidələrindən ibarət əl işləri təqdim etməlidirlər.

Müsabiqədə iştirak etmək istəyənlər əl işlərinin fotolarını [email protected] elektron ünvanına və ya 050-748-68-78 whatsapp nömrəsinə göndərə bilərlər.

İştirakçılar əl işləri ilə yanaşı, özləri haqqında ətraflı məlumat (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi və əlaqə telefonu) təqdim etməlidirlər.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək, Qarabağın zəngin tarix və mədəniyyətini tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.