SON XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran Bölməsinin “Söz” ədəbi məclisi Lənkəran şəhər Mədəniyyət Mərkəzində şair Qorxmaz Kamil Kadusinin “Özünü tapan adam” kitabının təqdimat mərasimini keçirdib. Bu haqda məlumat AYB-in rəsmi Facebook səhifəsində paylaşılıb.

Tədbiri AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərli açıb. Muğam ustası, Xalq artisti, “Şöhrət” ordenli xanəndə Canəli Əkbərovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Qorxmaz Kamil Kadusi haqqında qısa məlumat verilib.

Tədbir iştirakçıları şairi yeni kitabının çapdan çıxması münasibətilə təbrik etdikdən sonra, onun şeirlərini oxuyub, yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Nəvəsi Rəvan şairin şeirlərindən oxudu, Aşiq Məharət Habiloğlu isə saz havaları ilə şeirlərini səsləndirdi.

Sonda söz Qorxmaz Kamil Kadusiyə verildi. O, tədbirin təşkilatçılarına və iştirak edənlərə təşəkkür edib yeni şeirlərini oxuyub.