SON XƏBƏRLƏR

8 dekabr saat 14:00-da Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən “Layihələrin yazılması və idarəedilməsi” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi bu gün, 7 dekabr tarixində verib.

Təlimdə Lənkəran KOBİM-in təlimçi-eksperti Vamiq Babayev tərəfindən aşağıdakı mövzulardan danışılacaq:

– Layihələrin idarə edilməsinin mahiyyəti və məzmunu;

– GZİT (SWOT) analizi;

– Layihələrin idarə edilməsinin məqsədi;

– Müddətin planlanması;

– Ehtiyatların planlanması;

– Komanda işi.

Təlimdə iştirak etmək üçün (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/EA8iDrd8UmAqT7BY7

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər