SON XƏBƏRLƏR

Lənkəran Olimpiya kompleksində futbol üzrə “Könüllülər kuboku” keçirilib. Yarış Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin ilə birgə təşkil edilib.

Çempionat 15-17 yaşlı könüllü gənclər arasında keçirilib. Zona birinciliyinin final mərhələsində Lənkəran və Astara komandaları üzləşib. Oyunun sonunda Lənkəran komandası zona üzrə çempion olub.

Turnir Olimpiya sistemi üzrə keçirilən və üç gün davam edib. Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.

Respublika üzrə final oyunlarının avqustun 10-12-də Şəmkir Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.