Lənkəranda elektron ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün “Elektron ticarətdə sahibkarlıq” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı Lənkəran KOB İnkişaf Mərkəzi bu gün, 20 oktyabr tarixində yazıb.
Təlimdə ekspert tərəfindən elektron ticarətin tarixi, elektron ticarətə keçid, sosial media üzərindən satış və satışın stimullaşdırılması haqqında geniş məlumatlar verilib.
15 nəfərə yaxın sahibkarın iştirak etdiyi təlimdə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. Sonda təlimdə iştirak edən sahibkarlara sertifikat verilib.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.