SON XƏBƏRLƏR

Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün “Biznesdə satış proqnozunun hazırlanması” mövzusunda təlim keçirilib. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi bu gün, 2 noyabr tarixində verib.

15 nəfərə yaxın sahibkarın iştirak etdiyi təlim peşəkar ekspert tərəfindən sahibkarların satış bacarıqlarının gücləndirilməsi məqsədilə keçirilib.

Təlimdə sahibkarlara biznes haqqında ümumi anlayış, satış hədəflərinin qoyulması, planlama, satış kanalı, satılan məhsula diqqətin artırılması, rəqiblərin təsiri, marketinq aktivliyinin təsiri istiqamətində məlumatlar verilib.

Mağazadan oğurluq
Aktual

Lənkəranda yerləşən mağazadan oğurluq olunub

Lənkəranda fəaliyyət göstərən mağazaların birində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Sosial şəbəkələrdə paylaşılan videogörüntüdən aydın görünür ki, mağazaya müştəri qismində daxil