SON XƏBƏRLƏR

“Elektron ticarətdə sahibkarlıq” mövzusunda özünü inkişaf etdirmək istəyən sahibkarlar üçün ödənişsiz təlim keçiriləcək. Bu haqda bu gün, 14 oktyabr tarixində Lənkəran KOB İnkişaf Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

15 oktyabr saat 14:00-da baş tutacaq təlim, Lənkəran KOB İnkişaf Mərkəzində keçiriləcək. Təlimçi-ekspert Raiq Əliyev görüşdə iştirakçılarla aşağıdakı mövzulardan danışacaq:

  • Elektron ticarətə keçid
  • Sosial media üzərindən satış
  • Satışın stimullaşdırılması

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/nerYp8V6zGrprg8U6

Təlimdə iştirak edən sertifikatla təltif olunacaq.

Əlavə sualınız yaranarsa (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Ünvan: Lənkəran KOBİM Professor H.Abdullayev küçəsi 7 ünvanında yerləşir.