SON XƏBƏRLƏR

29 yanvar saat 14:00-da Lənkəran KOBİM tərəfindən “Dövlətin antiinhisar siyasəti” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumatı Lənkəran KOBİM-in rəsmi Facebook səhifəsi verib.

Təlimdə təlimçi-ekspert Həsən Rəhimli tərəfindən aşağıdakı mövzulardan danışılacaq:

– Bazar hökmranlığı: inhisarçılıq (monopoliya);

– Monopoliyanın yaranma səbəbləri və növləri;

– Monopoliyanın biznes mühitinə təsiri;

– Bazarın inhisarçılıq səviyyəsinin ölçülməsi;

– Bazarlarda rəqabət mühitinin formalaşmasının dövlət mexanizmi;

– Monopoliya bazarlarının dövlət tənzimlənməsi mexanizmi: dövlətin antiinhisar siyasəti

– Antiinhisar siyasətin hədəfləri, istiqamətləri, metodları və icraçı dövlət qurumları;

– Beynəlxalq hesabatlar əsasında Azərbaycanda biznes mühitinin rəqabət və inhisar səviyyəsinin qiymətləndirilməsi.

İştirak etmək üçün (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Birbaşa qeydiyyatdan keçmək üçün link: https://forms.gle/ebCfoWZ7SKntFGrq8

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər