SON XƏBƏRLƏR

KOB İnkişaf Mərkəzində “Biznes planın hazırlanması və modulları” mövzusunun vacib amilləri haqda danışılıb. Bu barədə Lənkəran KOBİM-nin rəsmi Facebook səhifəsində paylaşılıb.

Mərkəzin peşəkar eksperti sahibkarlara biznes ideyalarını necə möhkəmləndirmək barəsində məlumatlar verib. Bu yolda ekspert sahibkarlara biznes haqqında ümumi anlayış, biznes plan və strukturu, MPV, PV analiz modulları, GZİT (SWOT) təhlil, eləcə də bazar seqmentlərinin araşdırılması istiqamətində məlumatlarını verib.

Təlimdə 15 nəfərə yaxın sahibkar iştirak edib və bütün suallar ekspertlər tərəfindən cavablandırılıb.

Biznesinin inkişafında məsləhətlər almaq istəyən şəxslər Lənkəran KOBİM mərkəzinə müraciət edə bilərlər. Mərkəz tərəfindən göstərilən xidmətlər ödənişsiz olaraq aparılır.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər