SON XƏBƏRLƏR

15 -16 noyabr tarixlərində “O biri otaqda” kəramika sənəti üzrə təlim keçiriləcək. Bu haqda məlumatı platformanın rəsmi İnstagram səhifəsi verib.

Belə ki, 15 noyabr “Azərbaycanda və dünyada bədii keramika sənəti, keramikanın tarixi və inkişafı”, 16 noyabr isə keramika üzrə master- klass baş tutacaq. Master-klassda qədim jgut üslubunda arxaik qab hazırlanacaq.

Təlim Fidan Hümbətli tərəfindən keçiriləcək. O, Rəssamlıq Akademiyasını bitirib və bədii keramika üzrə magistr dərəcəsi alıb. Dekorativ və konseptual keramika sahəsində çalışır. 2018 -ci ildə Almaniyanın Juist adasında “Utopiyanızı tərtib edin” mövzusunda, sonra isə Bakıda “Tullantıdan sənətə” adlı beynəlxalq layihələrdə iştirak edib. Həmçinin öz fərdi sərgisini keçirib.

Qeyd edək ki, “O biri otaq” “Tor coffee shop”un nəznində yaradılan açıq platformadır.