SON XƏBƏRLƏR

Kapital Bank Lənkəran filialı üzrə Korporativ və KOS satışlar idarəsinin Kiçik və orta sahibkarlarla iş departamentinin KOS satışlar şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil ( iqtisadi ixtisas olması arzu olunan);
  • Səlis Azərbaycan dili və Rus dili (İngilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • İşgüzar ünsiyyət və təhlil etmə bacarığı;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı;
  • Sahə üzrə ən azı 1 il iş təcrübəsi.

Öhdəliklər:

  • Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Bankın potensial KOS kateqoriyasına aid olan müştəri bazasını müəyyən edir.
  • Müştərilərlə birbaşa ünsiyyətə girir və onları banka cəlb edir.
  • Mövcud müştəri bazası ilə işləyir, müştərilərdən xidmətlər üzrə sifarişlər qəbul edir və sifariş üzrə satışı həyata keçirir.
  •  Müştərilərin əməliyyatlarında yaranmış problemləri həll edir.
  • Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.

Vakansiyaya müraciətin son tarixi 30 noyabrdır. Müraciət üçün keçid linki: https://bit.ly/3lYzAjr