SON XƏBƏRLƏR

Lənkəranda keçirilən “KəndimizMərkəzdə” layihəsinin növbəti dayanacağı məlum olub. Bu haqda bu gün, 13 noyabr tarixində Lənkəran Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.

Gənclərin İnkişafı və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən layihə Ləj kəndində baş tutacaq.

Layihə çərçivəsində kəndlərdə mərkəz haqqında təqdimat, əyləncəli və intellektual oyunlar, açıq havada kino nümayişi və s. təşkil olunacaq.

Tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.