SON XƏBƏRLƏR

Lənkəran rayonunun Mamusta kəndində “KəndimizMərkəzdə” layihəsi baş tutub. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Lənkəran nümayəndəliyi verib.

Tədbirdə GİKM-in fəaliyyətləri ilə bağlı foto və video formatında təqdimat olub. Daha sonra intellektual yarışma keçirilib və sualları düzgün cavablandıran gənclər hədiyyələr qazanıblar.

Həmçinin, tədbirdə GİKM-in Lənkəran nümayəndəliyinin sayca 7-ci qolu yaradılıb.

Qeyd edək ki, “KəndimizMərkəzdə” layihəsi Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.

Lənkəran Gəncləri Facebook
Lənkəran Gəncləri Facebook