SON XƏBƏRLƏR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Kəndimiz mərkəzdə” layihəsinə start verilir. Bu haqda məlumat Cenublu.az-a bu gün, 11 sentyabr tarixində daxil olub.

Layihə Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyi və @farahprintshop-un sponsorluğu ilə 13 sentyabr saat 17:00-da baş tutacaq. İştirak etmək istəyənlər Boladi kənd 1 nömrəli folklor mərkəzinə yaxınlaşa bilərlər.

Layihə çərçivəsində kəndlərdə mərkəz haqqında təqdimat, əyləncəli və intellektual oyunlar, kino saatları və s. təşkil olunacaq.