SON XƏBƏRLƏR

“Kəndimiz mərkəzdə” layihəsi Boladi kəndində başlayıb. Bu haqda məlumat Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi facebook səhifəsində paylaşılıb.

Kənd Folklor Klubunun qarşısında keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra, GİKM-in fəaliyyətləri ilə bağlı foto və video formatında təqdimat olub və Lənkərana aid intellektual sualları cavablandıran gənclər hədiyyə qazandılar.

GİKM-in Lənkəran nümayəndəliyinin Boladi qolu yaradıldı və rəhbəri Aliyə Cavadzadə seçildi. Sonda açıq havada film nümayiş olunub.

Qeyd edək ki, layihə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyilə və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.