SON XƏBƏRLƏR

Lənkəran iqtisadi regionunda həyata keçirilən “AgriVision” layihəsi çərçivəsində aqrar/eko-turizm sahəsində uğurlu biznes planların maliyyələşdirilməsi üçün müsabiqə elan edilib. Bu haqda məlumat Eurasia Partnership Foundation, Azerbaijan rəsmi Facebook səhifəsində paylaşılıb.

Müsabiqə Avropa İttifaqı, Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən keçirilir.

Lənkəran İqtisadi Rayonunda fəaliyyət göstərən aşağıdakı qurum və sahibkarlar biznes plan təqdim etmək üçün uyğundur:

  • məhsul yetişdirməklə və/və ya heyvandarlıq, quşçuluq, balıq və ya arı yetişdirməklə və/və ya heyvan və bitki məhsullarını emal etməklə məşğul olan kiçik və orta ailə təsərrüfatları;
  • turizmlə bağlı xidmət göstərən kiçik və orta sahibkarlar və fərdi sahibkarlar (məsələn, otellər və pansiyonlar, tur bələdçiləri, yerli restoranlar və s);
  • Aidiyyatı dövlət qurumlarının regional ofisləri və bələdiyyələr (bu halda yerli fermerlər ilə sıx əməkdaşlıq biznes planda öz əksini tapmalıdır).

Müsabiqədə iştirak ilə maraqlanan qurum və sahibkarlar 30 noyabr 2021-ci il tarixinədək “Biznes Plan Ərizə Forması”nı tam dolduraraq [email protected] elektron poçt ünvanına göndərməli və ya Avrasiya Əməkdaşlıq Fondunun Lənkəran şəhərində yerləşən regional ofisinə təqdim etməlidirlər. Qaliblərə 4000 manatadək investisiya ayrılacaq.

Əlavə məlumat üçün [email protected] email ünvanına müraciət etmək olar.