SON XƏBƏRLƏR

Lənkəranlı Heydər Əlirza oğlu Əliyev bu il 669 balla Bakı Ali Neft Məktəbinə (BANM) daxil olub. Bu haqda məlumat məktəbin rəsmi saytında dərc edilib.

Sayta verdiyi müsahibədə ad oxşarlığı haqda o, bunları deyib: “Adımı eşidəndə çox təəcüblənirlər. Hətta deyirlər ki, buna görə şanslıyam. Sənədlərimi hardasa təqdim edəndə, üzümə baxırlar və bir neçə dəqiqə gözlərini çəkmədən dayanırlar və təəcüblə təkrar edirlər ki, – “Heydər Əliyev Əlirza oğlu!”. İnsanların üzündəki təəssüratı görmək maraqlıdır. Bu cür reaksiya məndə xoş hisslər yaradır. Özüm də necə bir şəxsiyyətin adını daşıdığımın fərqindəyəm. Çalışıram və hər zaman çalışacam ki, bu ada layiq olum”.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 8 may 2004-cü ildə Lənkəran şəhərində anadan olub. O, bu il BANM-in Proseslərin avtomatlaşdırılması ixtisasının tələbəsi olub.