SON XƏBƏRLƏR

İyulun 30-31-də mama-ginekoloq və funksional diaqnostika həkimləri Lənkəran Perinatal Mərkəzinin bazasında risk qrupuna daxil olan hamilə qadınları müayinədən keçirəcək və lazımı tövsiyələri verəcəklər. Bu haqda məlumat Səhiyyə Nazirliyinin rəsmi səhifəsində yayılıb.

Səhiyyə Nazirliyi və nazirliyin Regional İnkişaf İctimai Birliyi birgə start verdiyi layihənin əsas məqsədi risk qrupuna daxil olan hamilə qadınlara xüsusiləşdirilmiş ginekoloji yardımın göstərilməsidir.

Layihə çərçivəsində müayinələrlə bərabər ezam olunmuş həkimlər tərəfindən mamalığın aktual mövzularını əhatə edən mühazirələr oxunacaq. Mühazirələrə Lənkəran Perinatal Mərkəzinin doğuşa yardım xidmətində çalışan tibb personalı və cənub bölgəsində fəaliyyət göstərən mama-ginekoloqlar, mamaçalar və radioloqlar dəvət olunub. Məqsəd – tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Zirvə Astara
Sport

“Zirvə Astara” böyük hesabla qələbə qazanıb

Azərbaycan Basketbol kubokunda iştirak edən “Zirvə Astara” rəqibini meydançaya çıxmağa peşman edib. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. B qrupunda “Olimpik Şəki” “Zirvə Astara” ilə qarşılaşıb.