SON XƏBƏRLƏR

Lənkəranlı saatsaz zamanı geri göstərən saat ixtira edib. Bu haqda məlumatı Sputnik verib.

52 yaşlı Şahin Baxşıyev 35 ildir ki, bu sahədə çalışır. Onun sözlərinə görə, hələ Sovet dövründə batareya ilə işləyən kvars saatlar olarkən geriyə işləmə funksiyasını yaradıb. Lakin, o zamanlar belə saatın lazım olmayacağını düşünüb və ixtirasını haqda heç kimə deməyib.

O, bu saatı hazırlamaqda heç bir əlavə hissə istifadə etmədiyini söyləyib. “Sadəcə saatın blokunun içərisindəki elektromaqnit simli sarma hissəsini tərsinə çevirib qoymuşam. Belə bir saatın hazırlanması cəmi 5-10 dəqiqə vaxtımı aparır” – o qeyd edib.

Şahin Bəxşiyevin düzətdiyi saatın siferblatındakı rəqəmlər də tərsinədir. O, gələcəkdə tərs işləyən qol saatı da düzəltməyi düşünür. Həmçinin, müştərilərini tez-tez batareya dəyişmək məcburiyyətindən azad etmək üçün günəş enerjisi ilə işləyən saat hazırlamaq da arzusundadır.