SON XƏBƏRLƏR

“Tor coffee shop”-da kino əyləncəsi davam edir. Bu haqda bu gün, 26 noyabr tarixində “O biri otaq” açıq platformasının rəsmi İnstagram hesabında paylaşılıb.

Həftəsonunu xoş istirahət etmək üçün qonaqlarına şərait yaradan “O biri otaq” platforması bu səfər “Whiplash” filmini nümayiş etdirəcək.

“Tor coffee shop”-da təqdim ediləcək film seansı, 28 noyabr saat 16:00-da baş tutacaq.

Gənc bir musiqiçinin hekayəsini əks etdirən dram janrında olan film, internetdə filmlərin məlumat (İmdb) reytinqinə görə 8.5 bal toplayıb.

Filmi izləmək üçün 3 manat ödəmək lazımdır. Qonaqlara cola və popcorn təqdim olunacaq.