SON XƏBƏRLƏR

Lənkəran gəncləri üçün Qax rayonunda  “Danceability və Stereotiplərlə üz-üzə” forum-teatr əsaslı düşərgə keçiriləcək. Bu haqda 28 iyul tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi facebook səhfəsində paylaşıb.

Düşərgədə iştirak üçün Lənkəranda yaşayan 16-20 yaş aralığında olan gənclər müraciət edə bilərlər.

Qeydiyyat üçün: shorturl.at/jmqDX

Müraciət üçün son tarix: 31 iyul 2021-ci il.

Gənclər üçün sosial həyatda daha uğurlu və fəal olmaq, öz fikirlərini daha obrazlı, dəqiq və hərtərəfli ifadə etmə metodları düşərgə zamanı öyrədiləcək.

Düşərgədə:

  • Stereotiplər və onların yaranma səbəbləri;
  • Dəyərlər və müxtəlifliklər;
  • Stereotiplərin aradan qaldırılmasına obrazlı yanaşma və səhnələşdirmə;
  • İlkin tamaşalara hazırlıq: İmprovizasiya, obrazlaşdırma;
  • Forum teatr tarixi, texnikası, tətbiqi, ilkin teatr bacarıqları və s. mövzuları müzakirə olunacaq.

Təlimlər və müxtəlif tipli oyunlarla gənclər həm öyrənib, həm də asudə vaxtı faydalı keçirdəcəklər.