SON XƏBƏRLƏR

Lənkəran şəhəri Heydər Əliyev mərkəzinin qarşısında Gənclərin İnkişaf və Karyera mərkəzinin təşəbbüsü ilə Zəfər günü böyük təntənə ilə qeyd edilib. Bu haqda məlumatı mərkəzin Facebook səhifəsi verib.

Tədbirdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvləri iştirak ediblər. Onlar gənclərlə ürək sözlərini bölüşüblər, keçdikləri çətin müharibə günləri haqda danışıblar.

Daha sonra tədbir ədəbi-bədii kompozisiyalarla və konsert proqramı ilə davam edib.