Gənclərin İnkişafı və Karyera Mərkəzi Lənkəranda gənclər üçün tədbirlər hazırlamaqda davam edir. Bu haqda məlumat bu gün, 11 oktyabr tarixində Lənkəran GİKM-nin rəsmi İnstagram səhifəsində paylaşılıb.
Baş tutacaq tədbirlərin həftəlik planını sizlərə təqdim edirik:
12 oktyabr tarixində – mərkəz tərəfindən “Kinoklub” tədbiri baş tutacaq.
Xarici dil bazalarını inkişaf etdirmək istəyən gənclər 13 oktyabr tarixində “Alman dili danışıq klubu”, 15 oktyabr tarixində isə “İngilis dili danışıq klubu”-da iştirak edə bilərlər.
14 oktyabr tarixində – mərkəz gün ərzində 2 tədbir təşkil edəcək. İlk olaraq “Kəndimiz Mərkəzdə”, davamında isə mərkəz tərəfindən gənclər üçün “İdman Klubu” fəaliyyət göstərəcək.
Həftənin sonu, 16 oktyabr tarixində isə gənclər ilk olaraq “TaktİKİ” intellektual oyununda iştirak edəcəklər. Davamında isə GİKM tərəfindən “Boladi kitab klubu” baş tutacaq.
Bu cür tədbirlərdə iştirak etmək və asudə vaxtını səmərəli keçirmək istəyən gənclər Lənkəran GİKM-nə müraciət edə bilərlər: Instagram @lenkaran.gencleri