SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi dekabr ayı üçün ilk fəaliyyətlərini təqdim edib. Bu haqda bu gün, 30 noyabr tarixində nümayəndəliyin rəsmi İnstagram səhifəsində paylaşılıb.

Bu həftə gəncləri bir-birindən maraqlı fəaliyyətlər gözləyir. 2 və 3 dekabr tarixli üçün olan tədbirlər aşağıdakılardır:

2 dekabr tarixində Lənkəran GİKM tərəfindən saat 15:00-da “İdman klubu” layihəsi çərçivəsində “Oyun saatı” baş tutacaq.

3 dekabr saat 16:00-da “Favorites” mövzusu altında mərkəzdə “İngilis dili danışıq klubu” baş tutacaq.

Əgər səndə bir gənc olaraq səmərəli və öyrədici fəaliyyətlərlə məşğul olmaq istəyirsənsə lenkaran.gencleri İnstagram səhifəsinə müraciət edə bilərsən.