SON XƏBƏRLƏR

Lənkəranda gənclər üçün təşkil edilmiş fəaliyyət planı hazırlanıb. Bu haqda məlumat bu gün, 6 dekabr tarixində Gənclərin İnkişafı və Karyera Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Dekabr ayının 7, 8 və 10-u keçiriləcək fəaliyyətlər planı aşağıdakılardır:

7 dekabr saat 15:00-da “Kəndimiz Mərkəzdə” layihəsi çərçivəsində gənclərimiz Göyşaban kəndinə səfər edəcəklər. Orada gənclər “Yuxu” filmini izləyəcəklər.

8 dekabr 10:00 və 14:00 saatlarında mərkəzin üzvü olmaq istəyən gənclər üçün müsahibə günü elan edilib.

10 dekabr tarixində isə gənclərimizi iki öyrədici və anlamlı tədbirlər gözləyir. Saat 10:00-da gənclərimiz Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir təşkil edəcəklər. Saat 14:00-da isə “İngilis dili” layihəsi çərçivəsində iştirakçılar “Education” haqqında danışacaqlar.