SON XƏBƏRLƏR

Lənkəranda Gənclərin İnkişafı və Karyera Mərkəzinin gənclər üçün əyləncəli və öyrədici həftəlik fəaliyyət planı hazırlayıb. Bu haqda məlumat bu gün, 13 dekabr tarixində Lənkəran Gənclərinin rəsmi İnstagram səhifəsində palaşılıb.

14 dekabr saat 15:00-da “Kəndimiz Mərkəzdə” layihəsi çərçivəsində Kenarmeşə kəndində film nümayişi təşkil olunacaq.

15 dekabr saat 15:00-da “Təhsil” mövzusunda “İngilis dili danışıq klubu” təşkil olunacaq.

16 dekabr saat 15:00-da “Günü müəllimi” layihəsi çərçivəsində gənc müəllim, fasilitator, AGMA-nın regional koordinatoru Faiq Şıxəliyevin təlimi baş tutacaq.

Əgər səndə Lənkəran GİKM-nin üzvü olmaq və tədbirlrdə iştirak etmək istəyirsənsə Lənkəran GİKM-nin rəsmi İnstagram hesabına müraciət edə bilərsən.