Lənkəranın “Alyans” futbol komandası Futzal üzrə Yüksək Liqanın 2021/2022-ci il mövsümündə iştirak edəcək. Bu haqda 2 avqust Azərbaycan Futzal Federasiyasının iclasında müəyyən olub.
Çempionatda bu il 8 komanda iştirak edəcək. Onlardan 5-i ötən çempionatda da gücünü sınayıb. 3 debütantdan biri “Alyans” futbol komandasıdır.
Federasiya gənc futzalçıların inkişafı üçün, 19 yaşadək (U-19) futzalçılardan ibarət Azərbaycan millisinin də Yüksək Liqada iştirakına icazə verib.
Yüksək Liqanın 2021/2022-ci il mövsümündə iştirak edəcək komandaların siyahısı:
- “Araz-Naxçıvan”
- “Neftçi” İK
- EKOL
- “Rekord Klub Az”
- “Alyans” FK (Lənkəran)
- “Baku Fire”
- “Xilə”
- U-19
Xatırladaq ki, sonuncu dəfə keçirilmiş və pandemiyaya görə yarımçıq dayandırılmış 2019/2020-ci il futzal çempionatında 10 komanda mübarizə aparıb.