SON XƏBƏRLƏR

Lənkəran Superliqası üçün sponsorlar axtarılır. Bu haqda 20 iyul təşkilatçı olan Lankaran Football League Facebook səhfəsində məlumat yayıb.

Turnir avqustun 1-dən başlayacaq və bir ay yarım davam edəcək. 18 komandanın iştirakı nəzərdə tutulub. Komandalar 150 azn ödəniş edərək turnirdə iştirak edə bilərlər. Çempionatın oyunlarını professional hakimlər idarə edəcək. Məqsəd həm futbolun inkişafı, həm də sponsorların müştəri bazasının yığılmasıdır. 

Qaliblər kubok və sertifikatlarla təltif olunacaqlar.

Sponsor olmaq istəyənlər üçün təkliflər bunlardır:

  • Baş sponsor – 1200 azn 
  • Xüsusi sponsor 500 – 600 azn
  • Sadə sponsor 200 – 300 azn

Keçən il Azərbaycanın milli qəhrəmanı, general mayor Polad Həşimova həsr olunmuş “Polad” kubokunun qalibi Master 114 komandası olmuşdur.