“Education HUB” Lənkəranda gənc liderlərin yetişdirilməsi və könüllülüyün gücləndirilməsi üçün “İdeyadan fəaliyyətə” proqramına start verir. Bu haqda məlumat mərkəzin instagram səhifəsində verilib.
Proqram çərçivəsində 15 nəfər gənc seçilərək təlim proqramlarına cəlb olunacaq. Gənclər “layihələrin idarə edilməsi”, “strateji planlaşma”, “komandanın təşkili”, “effektiv kommunikasiya”, “büdcənin idarə edilməsi”, “fandreyzinq” və s. mövzuları öyrənəcəklər.
Gənclər öyrəndikləri bilikləri öz icmalarında kiçik təşəbbüslər zamanı tətbiq edəcəklər. Proqramın sonunda gənclər könüllülük təşəbbüslərini əks etdirmək və öz icmalarının gələcək fəaliyyətlər üçün uzunmüddətli fəaliyyət planı hazırlayacaqlar.
Kimlər müraciət edə bilər:
- 17-29 yaş;
- Lənkəran sakini;
- yeni bilik və bacarıqlar əldə etmək istəyənlər;
- yaşadığın icmanın inkişafına töhfə vermək istəyənlər.
Qeydiyyat üçün: shorturl.at/bpFZ7
Son müraciət tarixi: 19 sentyabr.
Qeyd edək ki, proqram ABŞ-ın Azərbaycandakı səfirliyi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.