SON XƏBƏRLƏR

Təhsil Nazirliyinin keçirdiyi “Zəfər ilinin müəllimi” layihəsi çərçivəsində Lənkəran şəhər Təhsil şöbəsi Tatova kənd tam orta məktəbin tarix müəllimi Firavan Asıf oğlu Mirzəyev haqda paylaşım edib.

44 günlük Vətən müharibəsi iştirakçısı olan Firavan müəllim, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.