Lənkəran rayonu Boladı kəndindən olan Sevinc Cəbrayılova prezident təqaüdçüsü olub. Bu haqda məlumatı bu gün, 21 oktyabr tarixində Lənkəran şəhər Təhsil şöbəsi verib.
O, Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə yüksək balla daxil olub və tədrisini ingilis dilində davam edir.
Sevincin anasının sözlərinə görə, Boladı kəndində gənclər təhsilə çox meyillidilər və demək olar ki, abituriyentlərin 90% ali məktəbərə qəbul olur.
“Prezident təqaüdçüsü olmaq çox şərəflidir. Burada bir Prezidentin bir tələbəyə verdiyi dəyərdən gedir söhbət, maliyyə tərəfi o qədər də önəmli deyil” – Sevincin atası deyib.
“Sadəcə istək olmalıdır. Niyə oxuduğunu və gələcəkdə nə qazandığını bilmək çox önəmlidir. Birdə təbii ki dəstək. Mən ailəmdən çox böyük dəstək almışam”- deyə Sevinc qeyd edib.