SON XƏBƏRLƏR

19-21 oktyabr tarixlərində Lənkəran Dövlət Universitetində “Tələbə Mediası” adlı layihə keçiriləcək. Bu haqda məlumat bu gün, 13 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Layihə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (Centre for Economic and Social Development), Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun (İDEM) təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin (Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində) maliyyə dəstəyi ilə baş tutacaq.

Tədbirdə Sosial media menecmenti, redaksiya menecmentinin əsasları və s. kimi məsələlərlə tanışlıq olacaq, birlikdə onlayn tələbə mediası yaradılacaqdır.

Layihədə məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infoqrafik hazırlamaq və s. kimi məsələlər əks olunacaq. Təlimlər Almaniya və Azərbaycandan olan peşəkar təlimçilər tərəfindən 3 gün müddətində baş tutacaq.

Qeyd edək ki, təlimlərdə iştirak ödənişsizdir, bütün səfər və qonaqlama xərci layihə büdcəsindən ödəniləcəkdir.