SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə EdTech startup müsabiqəsində Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri də iştirak edəcək. Bu haqda məlumatı bu gün, 13 noyabr tarixində LDU-in rəsmi Facebook səhifəsi verib.

Belə ki, tələbələr müsabiqəyə 7 mövzu üzrə 12 layihənin ideyasını təqdim ediblər. Təbiyyat fakültəsindən 7 layihə, iqtisadiyyat və idarəetmə fakültəsindən 4 layihə, filologiya və ibtidai təhsil fakültəsindən 1 layihə

təqdim edilib. Müsabiqənin LDU üzrə koordinatoru Tələbə Elmi Cəmiyyətidir.

Qeyd edək ki, qeydiyyatın son günü 15 noyabrdır.