SON XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzinin Lənkəran regional bölməsində yeni vakant yer elan edilib. Bu haqda məlumat bu gün, 15 fevral tarixində Azertac-da paylaşılıb.

Mərkəzdə məsləhətçi vəzifəsi üzrə işçi axtarılır. Dövlət İmtahan Mərkəzinin işlə bağlı paylaşdığı qulluq funksiyaları aşağıdakılardır:

  • İmtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin görülməsi;
  • İmtahanların təşkili ilə əlaqədar məlumat bazalarının yaradılması, zənginləşdirilməsi və istifadəsi;
  • İmtahanların keçirilməsi üçün lazımi materialların hazırlanması və komplektləşdirilməsi;
  • Səlahiyyətləri çərçivəsində daxil olan müraciət­lərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
  • Vəzifə təlimatında göstərilən işlərlə bağlı təhlillərin aparılması və dövri hesabatların hazırlanması;
  • İmtahanların təşkilinə və keçirilməsinə dair səmərələşdirici təkliflərin hazırlanması.

Müraciət etmək istəyənlər öz sənədlərini fevralın 26-dək  [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər