SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrı 131-ci mövsümünə başlayıb. Bu haqda məlumatı bu gün, 21 oktyabr tarixində Azertac verib.

Mövsümün açılışı ilə bağlı keçirilən tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edib. O, xalq artisti Firudin Qurbanovun rəhbərliyi ilə yaxın vaxtlarda teatrda osetin dramaturqu Georgi Xuqayevin “Varlı ev” tamaşasının məşqlərinə başlayacağını söyləyib. Həmçinin, gənc rejissor Tərlan Abdullayev və Xanımana Əlibəylinin şeirləri əsasında səhnələşdirdiyi “Ləpələrin nağılı” tamaşasının noyabrın əvvəllərində azyaşlı tamaşaçıların ixtiyarına veriləcəyi qeyd edib.

Tədbirdən sonra Cəfər Cabbarlının “Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş” tamaşası nümayiş etdirilib. Ailə-məişət mövzusundan bəhs edən bu səhnə əsərində cəmiyyətin əsas mövcud problemləri, o cümlədən ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, mühafizəkar insanların çürük adətlərə sadiqliyi, pulun cəmiyyətə və əxlaqa göstərdiyi pozucu təsiri kəskin tənqid olunur.

Azertac
Azertac
Azertac
Azertac
Azertac
Azertac
Masallı Rayon Gənclər və İdman İdarəsi
Aktual

Masallının icra başçısı qalib idmançılarla görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayevlə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 oktyabr