Lənkəran Dövlət Dram teatrı 130-cu mövsümünü yeni tamaşa ilə açıq elan edir. Bu haqda məlumat bu gün, 18 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunan “Vəfalı səriyyə. Nakam məhəbbət dramı” adlı tamaşa 20 oktyabr saat 15:00-da baş tutacaq.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirəni xalq artisti Firudin Məhərrəmovdur, rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Ramazan Ağayev, rəssamı Məzaim Qurbanov, bəstəkarı Eldar Salayevdir. Teatrın baş rejissoru əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.