Bu həftə, 18-24 oktyabr tarixlərində Lənkəran gəncləri üçün plan hazır olunaraq onlara təqdim edilib. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Lənkəran nümayəndəliyi paylaşıb.
Belə ki, 18 oktyabr tarixində onlar şəhidlərimizin məzarını ziyarət edəcəklər,
19 oktyabr ingilis dilindən danışıq klubu, 20 oktyabr isə alman dilindən danışıq klubu baş tutacaq.
21 oktyabr tarixində Lənkəran Peşə liseyi ilə birgə “İntellektual oyunlar klubu” keçiriləcək, 22 oktyabr müsahibə günüdür (yalnız könüllülük qeydiyyatından keçənlər üçün) və 23 oktyabr “TaktİKİ” intellektual oyununun ikinci turu baş tutacaq.