SON XƏBƏRLƏR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Könüllülər Günü”nə həsr olunmuş BİL – “Birlik İntellekt Liqa”sının III turu bitib. Bu haqda məlumatı GİKM-in Lənkəran nümayəndəliyinin Facebook səhifəsi verib.

III turda GİKM-in Lənkəran nümayəndəliyinin “Meta”, “Bayraqdar” və “4+1” komandaları mübarizə aparıblar. Liqanın III turu Zəfər Gününə həsr edilib və suallar Azərbaycan tarixi, mədəniyyəti, milli adət-ənənələri və coğrafiyası mövzularını əhatə edib.

Qeyd edək ki, 46 GİKM nümayəndəliyində təşkil edilən və “Nə? Harada? Nə zaman?” formatında reallaşan liqa 7 həftə davam edəcək və sonda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.