SON XƏBƏRLƏR

“Bank of Baku”un və “Unibank”ın Lənkəran filialları vakansiyalar elan ediblər. Bu haqda məlumatı bu gün, 9 noyabr tarixində Cenublu.az verir.

“Bank of Baku”un elan etdiyi “Xidmət bölməsinin kiçik eksperti” vakansiyasına kimlər müraciət edə bilər:

  • Ali təhsilli şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyət bacarığı olanlar (Rus və İngilis dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Yüksək ünsiyyət bacarığına, məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər.

Maraqlananlar öz CV-lərini [email protected] ünvanına göndərə, yaxud da Lənkəran filialına təqdim edə bilərlər. Məktubun mövzu hissəsində Xidmət – Lənkəran sözünü qeyd etmək zəruridir.

“Unibank”ın təqdim etdiyi vakansiyaya müraciət etmək istəyənlər:

  •   Ali təhsil;
  •   Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər;
  •   Azərbaycan dillində sərbəst danışıq bacarığı;
  •   Ünsiyyət qurma bacarığı və müştəri yönümlülük;
  •   MS Excel və MS Word proqramları üzrə baza bilikləri olmalıdır.

Müraciət etmək üçün CV-nizi [email protected] e-mail ünvanına mövzu hissəsində “Korporativ kreditlər üzrə mütəxəssis (Lənkəran filialı)” qeyd edərək göndərə bilərsiniz.