SON XƏBƏRLƏR

“Bank of Baku” Lənkəran üzrə “Qərarların icrası şöbəsinə hüquqşünas” və “Mikrokreditlər üzrə kiçik ekspert” vakansiyaları elan edib. Bu haqda məlumat Cenublu.az-a daxil olub.

Seçim prosesi vəzifədən asılı olaraq müraciətlərin nəzərdən keçirilməsi, testləşdirmə (məntiqi-riyazi, psixoloji, funksional) və 2 mərhələli müsahibədən ibarətdir. İş vaxtı həftənin 5 günü, saat 09:00-18:00-dəkdir.

Müraciət etmək istəyən namizədlər onlayn müraciət formanı doldura və ya öz CV formalarını “subject” bölməsində müraciət etmək istədikləri vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Vakansiyalar haqda əlavə məlumatı aşağıdakı linkdən əldə etmək olar:

https://www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/