SON XƏBƏRLƏR

“Azərsun” holding ali təhsili maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə olan mühasiblər üçün vakant yer elan edib.

Holdinq tərəfindən qoyulan əsas tələblərdən biri 1C proqram təminatını bilməkdir.

Müraciət etmək istəyən şəxslər aşağıdakı tələblərə uyğun olmalıdırlar:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
  • Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
  • Vergi məcəlləsini bilməli;
  • Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
  • 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.

“Mühasib” vəzifəsi üzrə çalışmaq istəyənlər öz CV-lərini [email protected] mail adresinə göndərməlidirlər. İsmarıc göndərdikdə movzu bölməsində vəzifə adını və rayonu qeyd etmək mütləqdir.