SON XƏBƏRLƏR

Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbin Aqronom ixtisası üzrə təhsil alan şagirdləri Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran çay filialında təcrübə səfərində olublar. Bu haqda Lənkəran Peşə Təmayüllü siniflər səhifəsi paylaşım edib.

Təcrübə səfəri ixtisas müəllimi Ramal Hüseynzadənin təşkilatçılığı ilə baş tutub. Müəssisənin aparıcı elmi işçisi Aqrar elmlər üzrə fəlsəfə doktoru Sabir Ramazanov və elmi işçi Aqil Həsənov şagirdlərə çay və sitrus bitkiləri haqda ətraflı məlumat verib.