SON XƏBƏRLƏR

Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Əliyevanın fərdi sərgisi təşkil olunub. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi paylaşıb.

Belə ki, Zeynəb Əliyeva qeyd olunan məktəbin 3 “c” sinifinin şagirdidir. Onun rəsmləri şagirdlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 10 nömrəli tam orta məktəb mütəmadi olaraq istedalı şagirdlərin sərgilərini təşkil edir.