SON XƏBƏRLƏR

Lənkəran KOBİM tərəfindən sahibkarlar və biznesə yeni başlayanlar üçün təlim təşkil edilib. Bu haqda bu gün, 27 aprel tarixində Cenublu.az Lənkəran KOBİM-ə istinadən xəbər verir.

Mərkəz tərəfindən KOB subyektləri və biznesə yeni başlamaq istəyənlər üçün “Bazar araşdırmalarının bazar payının böyüdülməsində rolu” mövzusunda maarifləndirici təlim keçirilib.

Görüşdə 12 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs iştirak edib. Təlimdə Lənkəran KOBİM-in peşəkar eksperti tərəfindən iştirakçılara bazar payının genişləndirilməsi üçün fürsətlərin dəyərləndirilməsi, risklərin müəyyən edilməsi, mənbələrin effektiv istifadəsi üçün bazar araşdırmasının nəticələrinin düzgün dəyərləndirilməsi, bazara giriş strategiyasının müəyyən edilməsi barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman