SON XƏBƏRLƏR

20 noyabr saat 14:00-da Lənkəran KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən “Firmanın qiymət strategiyası və taktikası” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi verib.

Təlimdə Lənkəran KOBİM-in təlimçi-eksperti tərəfindən aşağıdakı mövzulardan danışılacaq:

  • Qiymət və onun növləri;
  • Qiymətqoyma siyasətinə marketinq və maliyyə yanaşması;
  • Qiymətin müəyyən edilməsinin metodları;
  • Rəqabətli bazarlarda qiymət strategiyaları;
  • Qiymətin xərc və gəlir amilləri;
  • Alıcıların və rəqiblərin qiymətqoymaya təsiri.

Lənkəran KOBİM-in təşkil etdiyi təlimdə iştirak etmək üçün (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/AfjyanmGeJBpuxQn9

Ünvan: Lənkəran, Professor H.Abdullayev küçəsi 7.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.